Главная > gundem / dunya > Erməni deputatların Qarabağ səfəri alınmadı – Geri qayıtdılar

Erməni deputatların Qarabağ səfəri alınmadı – Geri qayıtdılar


29-03-2019, 16:55. Разместил: rovshen
Erməni deputatların Qarabağ səfəri alınmadı – Geri qayıtdılar

Bu gün Ermənistanın hakim Mənim Addımım Blokundan olan deputatlar Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə səfər edəcəklər.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb. Səfər tarixinin qəsdən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Vyana görüşü günü seçildiyi və bununla deputatların guya birlik nümayiş etdirmək istədiyi bildirilib.

Qarabağa gələcək nümayəndə heyətinə parlamentin vitse-spikeri Lena Nəzəryanın rəhbərlik edəcəyi bildirilib. Nümayəndə heyətinin tərkibində Mənim Addımım Blokundan olan parlament komissiyalarının liderləri, eləcə də parlamentin Müdafiə və Təhlükəsizlik Komissiyasının üzvlərinin yer alacağı vurğulanıb. Səfər zamanı deputatların qondarma rejimin “parlamenti”ndə görüşlər keçirməsi nəzərdə tutulub.

***

Bu gün “birlik nümayiş etdirmək üçün” Azərbaycanın işğal edilmiş Qarabağ ərazisinə səfərə gedən deputatlar istəklərinə nail olmayıblar.

Qarabağa yola düşən deputatlar səfərlərini yarımçıq qoyaraq Ermənistan parlamentinə dönməyə məcbur olublar. Buna səbəb parlamentin yetərsayın olmaması ucbatından öz işinə başlaya bilməməsi olub. Nəticədə parlamentin spikeri zaldakı deputatların sayının 67-yə (iclasa 44 deputat qatılıb – red.) çatdırılması üçün 4 saatlıq fasilə verib. Mənim Addımım Blokunun deputatlarının geri dönməsindən sonra yetərsay bərpa olunub və parlament öz işinə başlayıb.

Ermənistan mətbuatı isə hələlik Qarabağa səfər edən deputatların hamısı, yoxsa bir qisminin geri qayıtmasına aydınlıq gətirməyib.
Вернуться назад