Главная > gundem / medeniyyet > Azərbaycan və UNESCO əlaqələrinin hazırkı vəziyyəti müzakirə edilib

Azərbaycan və UNESCO əlaqələrinin hazırkı vəziyyəti müzakirə edilib


28-03-2019, 11:24. Разместил: rovshen
Azərbaycan və UNESCO əlaqələrinin hazırkı vəziyyəti müzakirə edilib

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun baş direktoru Odri Azule ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan UNESCO əlaqələrinin hazırkı vəziyyəti, mayın 2-3-də UNESCO-nun əsas tərəfdaşlığı ilə Bakıda keçiriləcək 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 30 iyun-10 iyulda Ümumdünya İrs Komitəsinin 43-cü Sessiyasına hazırlıq və digər birgə layihə və proqramlarla bağlı fikir mübadiləsi aparılıb. Ə.Qarayev ölkəmizin UNESCO ilə əməkdaşlığın inkişafına, dünyada təşkilatın idealarının yayılmasına daima sadiq olduğunu və təşkilat ilə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə verdiyi töhfələrin davamlı olacağını bildirib. Təşkilatın baş direktoru Azərbaycan ilə əməkdaşlığın səviyyəsindən razılığını qeyd edərək ölkəmizdə keçiriləcək mühüm beynəlxalq tədbirlərin bilavasitə UNESCO ilə bağlı olduğunu və təşkilatın bu prosesdə fəal rol oynayacağını diqqətə çatdırıb.

Nazir Ümumdünya İrsi və Qeyri - Maddi Mədəni İrsin Reprezentativ siyahılarına daxil edilmiş Azərbaycanın mədəniyyət və irs nümunələri barədə xanım O.Azuleyeyə məlumat verib. Həmçinin Dünya İrs Komitəsinin sədri kimi ölkəmizin dünyada münaqişə ərazilərində və təbii fəlakətlər vəziyyətində mədəni irsin qorunması məsələsinin aktuallığını diqqətdə saxlayacağını qeyd edib.

O. Azulye qeyd edilən məsələlərin UNESCO üçün də ciddi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, cari ilin noyabr ayında təşkilatın qərargahında keçiriləcək Mədəniyyət Nazirlərinin konfransı və aprelin 25-26-da Cenevrədə reallaşacaq hərbi münaqişələr zamanı mədəni mülkiyyətin qorunması konvensiyası ilə bağlı tədbir çərçivəsində nazirlər paneli barədə məlumat verərək, Ə.Qarayevi həmin tədbirlərə dəvət edib.
Вернуться назад