Главная > gundem / manset > Azərbaycanlı biznesmen kəşfiyyatçımıza ev hədiyyə edib

Azərbaycanlı biznesmen kəşfiyyatçımıza ev hədiyyə edib


22-03-2019, 16:04. Разместил: rovshen
Azərbaycanlı biznesmen kəşfiyyatçımıza ev hədiyyə edib

Musavat.com xəbər verir ki, tanınmış iş adamı, "Dünya Azərbaycanlılarının Mədəniyyət Fondunun prezidenti” Fizuli Məmmədov ermənilərə əsir düşməmək üçün özünü partladan kəşfiyyatçımıza Novruz hədiyyəsi olaraq ev bağışlayıb.

Aqil Əhmədovla bağlı qaynaqlardakı məlumat bir qəhrəmanlıq nümunəsidir: "1997-ci il aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. Döyüşçülər erməni mühasirəsinə düşsələr də, üç gün təslim olmayıblar. Aprelin 10-da isə kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Bu zaman 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olub. Həmin hərbçilərmizdən yalnız Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir götürülüb. Prezident Heydər Əliyevin uzun zaman apardığı danışıqların nəticəsi olaraq şəhidlərimizin nəşi 6 aydan sonra ermənilərlə dəyişdirillib. 1997-ci il oktyabr ayının 16-da onlar dəfn edilib. "
Novruz bayramı ərəfəsində Bakıda olan Fizuli Məmmədov sağ qalan kəşfiyyatçımıza ev hədiyyə edib.

Bundan əvvəl də Fizuli Məmmədov şəhid və qazi ailələrinə mənzillər bağışlayıb.
Вернуться назад