Главная > gundem / ust > Abşeronluların cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi

Abşeronluların cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi

22-03-2019, 15:51. Разместил: rovshen
Abşeronluların cəbhə bölgəsində xidmət edən əsgərlərə Novruz töhfəsi
Abşeron rayon icra hakimiyyyətinin təşəbbüsü ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Füzuli rayonundakı hərbi hissədə “Açıq qapı” günü Novruz şənliyi təşkil edib.

Bayram tədbirində Milli Məclis sədrinin müavini Bahar Muradova, Füzuli rayon icra hakimiyyətinin rəhbərliyi, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, ictimaiyyət nümayəndələri, əsgər valideynləri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri iştirak edib.

Hərbi hissənin şəxsi heyətini Novruz bayramı münasibətilə təbrik edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün bizim üçün qürur və fəxarət, qələbəyə inam günüdür. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi tarixə yazıldı. Bu tarixi qələbədən 22 il sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən qələbə sevinci yaşadı. Bir daha dünyaya sübut edildi ki, bu gün Azərbaycan müasir, inkişaf etmiş, qarşıya qoyulan bütün hədəflərə nail olmağa qadir bir orduya malikdir. Bu ordunun arxasında xalq dayanıb.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev üçrəngli, ay-ulduzlu bayrağımızın Qarabağda dalğalanmasının hər bir azərbaycanlının ən böyük arzusunun olduğunu bildirib. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qüdrəti ilə buna nail olacağımıza, hazırda işğal altında olan bütün torpaqlarımızda Novruz tonqallarının yenidən qalanacağına inamını ifadə edib.

Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Ədalət Camalova əsgərlər qarşısında çıxış edərək bayram münasibəti ilə onları təbrik edib, çətin və şərəli xidmətlərində onlara uğurlar arzulayıb.

Hərbi hissə komandanlığı, polkovnik-leytenant Eldəniz İmaməliyev Abşeron rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Xırdalan şəhər 2 nömrəli tam orta məktəb arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirib, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulayıb.

Qonaqlar Abşeron RİH-nin hədiyyələrini, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin kollektivinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə topladıqları kitabları şəxsi heyətə təqdim edib.

Tədbir iştirakçıları şəxsi heyətin xidməti, yaşayış və məişəti üçün yaradılan şəraitlə maraqlanıb, qida rasionuna daxil olan ərzaqlar, əşyalar və geyimlərlə tanış olub, hərbi hissənin ərazisində ağac əkib, əsgərlərlə birgə nahar ediblər.

Mərasimdə bayram tonqalı qalanıb. Məktəbin şagirdlərinin ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Şamo Əliyev

Вернуться назад