Главная > gundem / siyaset > Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya

Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya


17-03-2019, 13:00. Разместил: rovshen
Lalə Şövkətdən prezidentin əfv sərəncamına reaksiya

Uzun müddətdir siyasi arenadan uzaqlaşan Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət Hacıyeva prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibətini bildirib.

Millitv.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Lalə Şövkətin sərəncamla bağlı fikirlərini partiyanın sədri Əvəz Temirxan sosial şəbəkə hesabından paylaşıb:

"Bu gün azadlığa çıxan yurddaşlarımı təbrik edirəm! Şəxsən tanıdığım Əli İnsanovu, Gözəl Bayramlını, Fuad Qəhrəmanlını və hər birinizi".

Xatırladaq ki, prezidentin bu gün imzaladığı sərəncamla 399 nəfər azadlığa çıxıb.
Вернуться назад