Главная > gundem / idman > AVRO-2020-nin püşkatmasının tarixi bəlli olub
AVRO-2020-nin püşkatmasının tarixi bəlli olub15-03-2019, 16:59. Разместил: rovshen |
2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin yeri və tarixi bəlli olub. ONA-nın məlumatına görə, tədbir bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da təşkil olunacaq. Mərasimdə 24 komanda 6 qrupa bölünəcək. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. Qeyd edək ki, AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Вернуться назад |