Главная > gundem / neqativhallar > Bakıda 18 yaşlı gəlin yoxa çıxdı
Bakıda 18 yaşlı gəlin yoxa çıxdı14-03-2019, 16:32. Разместил: rovshen |
Bakının Sabunçu rayonu ərazisində yenicə ailə qurmuş gəlin yoxa çıxıb. Bu barədə musavat.com-a itən gəlinin yaxınları məlumat verib. 18 yaşlı İsmayılova Sevda Cəbi qızı martın 8-də axşam saatlarından etibarən itib. Ailəsinin bildirdiyinə görə, 18 yaşlı gəlinin gecə saat 4 radələrində yoxa çıxdığını biliblər. Hadisə barədə polisə məlumat verilib. Hazırda DİN-in əməkdaşları əməliyyat axtarış tədbirlərini davam etdirir. Вернуться назад |