Главная > gundem / neqativhallar > Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib
Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxs cərimələnib14-03-2019, 14:53. Разместил: rovshen |
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, martın 13-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 1 mağazada satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilmişdir. Həmin satıcı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunmuşdur. Bu istiqamətdə reydlər davam etdirilir. Вернуться назад |