Главная > gundem / video > 7 nəfərin zəhərləndiyi "Köz dönər"dən GÖRÜNTÜLƏR (VİDEO)

7 nəfərin zəhərləndiyi "Köz dönər"dən GÖRÜNTÜLƏR (VİDEO)


14-03-2019, 13:41. Разместил: rovshen

7 nəfərin zəhərləndiyi "Köz dönər"dən GÖRÜNTÜLƏR (VİDEO)
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən "Köz dönər" kafesində dönər yeyən 7 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Zamantv.az REAL-a istinadən xəbər verir ki, onların universitet tələbələri olduğu bildirilir. Tələbələr dərsdən sonra birlikdə dönər yeməyə gediblər.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib. P.Abubəkirov deyib ki, zəhərlənənlərdən ikisi Ə.Qarayev adına 2 saylı uşaq xəstəxanasına köçürülüblər.

Zəhərlənənlərin həyatı üçün təhlükə yoxdur.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.


Вернуться назад