Главная > gundem / sosial > “Autizmli uşaqlarla bağlı dövlət əsaslı bircə reablitasiya mərkəzi yoxdur” – Deputat

“Autizmli uşaqlarla bağlı dövlət əsaslı bircə reablitasiya mərkəzi yoxdur” – Deputat


13-03-2019, 16:42. Разместил: rovshen
“Autizmli uşaqlarla bağlı dövlət əsaslı bircə reablitasiya mərkəzi yoxdur” – Deputat

“Azərbaycanda 6 minə qədər autizmli uşaq var. Bu uşaqlar təhsildən kənarda qalıb, Onların inklüziv təhsilə cəlb olunmaları ilə bağlı da problemlər var”.

Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Sona Əliyeva deyib.

Bu xəstəliyin ağırlıq dərəcəsindən danışan deputat vurğulayıb ki, autizmli uşaqlarla bağlı ciddi narahatlıq var: “Hər bir uşaq inklüziv təhsilə cəlb oluna bilmir. Azərbaycanda inklüziv təhsillə bağlı dövlət proqramı var, 2015-ci ildə bu uşaqlarla bağlı kriteriyalar müəyyənləşib, onlar əllilik dərəcəsi alıblar. “Təhsil haqqında” qanunda autizm sözünə rast gəlinmir. Düşünürəm ki, bu məsələyə diqqət yetirmək lazımdır. Müəyyənləşməlidir ki, bu uşaqlar harada təhsil almalıdırlar. 6 min uşağın taleyi düşünmək üçün böyük həyəcan verir. Bu statistikanı Təhsil və ya Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri nəzərə almalıdır. Çünki autizmli uşaqlarla bağlı ölkədə dövlət əsaslı bir reablitasiya mərkəzi belə, yoxdur. Halbuki Türkiyədə dövlət icbari şəkildə həmin uşaqlara ayda 16-18 saat dərs verir. Hesab edirəm ki, bu uşaqlar reablitasiya mərkəzlərində təhsillərini davam etdirməlidirlər. Amma bunun harada və necə həyata keçiriləcəyinin müəyyənləşdirilməsinə ehtiyac var. Çünki dünyada aparılan statistika göstərir ki, gələcək 50 ildə hər 10 uşaqdan 3-ü autizm sindormundan əziyyət çəkəcək. Bu, ölkəmiz və dünya üçün narahatedici bir məsələdir. Hazırda Amerikada hər 150 uşaqdan biri, Böyük Britaniyada isə hər 100 uşaqdan biri autizmli uşaqdır”.

Komitə sədri İsa Həbibbəyli isə deyib ki, inklüziv təhsilə ehtiyacı olan 6 min uşağın heç də hamısı təhsildən qalmır.

İ.Həbibəyli qeyd edib ki, onların böyük bir hissəsi evdə təhsil alır: “Bununla belə, düşünməyə ehtiyac var”.
Вернуться назад