Главная > gundem / medeniyyet > “Sevgi və etiraz” - Azərbaycan Rəngkarlığı Muzeyində növbəti sərgi belə adlanır

“Sevgi və etiraz” - Azərbaycan Rəngkarlığı Muzeyində növbəti sərgi belə adlanır


7-03-2019, 13:23. Разместил: rovshen
“Sevgi və etiraz” - Azərbaycan Rəngkarlığı Muzeyində növbəti sərgi belə adlanır

Martın 16-da XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində azərbaycanlı nonkonformist rəssam Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə reallaşan sərgidə rəssamın Azərbaycan və xarici ölkələrin fərdi və ictimai kolleksiyalarında saxlanılan əsərlər nümayiş ediləcək. Bir çox əsərlər ictimaiyyətə ilk dəfə təqdim olunacaq.

Sərgi 50-dən çox əsər ilə rəssamın yaradıcılığının tam spektrini əhatə edir və bir çox rəsmləri, eskizi, albom qaralamaları, rəngkarlıq nümunələri, eləcə də fotoşəkilləri və digər materialları bir araya gətirir.

İyunun 16-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.
Вернуться назад