Главная > gundem / arasdirma > BNA-da Ziya Məmmədov üsul-idarəçiliyi... - İlk günlərindən ancaq narazılıq yaradırlar

BNA-da Ziya Məmmədov üsul-idarəçiliyi... - İlk günlərindən ancaq narazılıq yaradırlar


6-03-2019, 16:47. Разместил: rovshen
BNA-da Ziya Məmmədov üsul-idarəçiliyi... - İlk günlərindən ancaq narazılıq yaradırlar
Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən bir neçə ziyalımız şikayət edib. Onlar Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi Rəşad Məcid, nasir Xeyrəddin Qoca və yazıçı Səfər Alışarlıdır.

S.Alışarlı Moderator.az-a açıqlamasında BNA-nin onu qanunsuz olaraq cərimələdiyini bildirib:

“Parklanmaya görə iki dəfə mənə BNA-liyi tərəfindən cərimə gəlib. BNA-liyinin gözəgörünməz işçiləri küçələri gəzərək, görünür qaydalara uyğun park edilməmiş avtomobillərə cərimə yazırlar. Mərkəzdəki küçələrdə özbaşına avtomobili park edib harasa getmək mümkün deyil, çünki o dayanacaqlarda xüsusi adamlar var ki, onlara ödəniş edirik və onlar da avtomobilə nəzarət edirlər. Mən də bu qaydada avtomobili saxlamışdım və axşamüstü telefonuma cərimə olunmağımla bağlı SMS gəldi. Burda məsələ cərimədə deyil, əgər avtomobil düzgün park edilməyibsə, cərimə oluna bilər.

Sözüm bu sahədəki anlaşılmazlıqda və hərci-mərcilikdədir. BNA-liyi paytaxtda bütün nəqliyyat vasitələrinə məsuldur. Burda pul qazanılan sahə dayanacaqlardır. Bunlar isə hələ də bu sahədə qayda-qanun yaratmayıblar. Necə olur ki, Zığ şossesində hansısa TIR-ı cərimə edə bilirsən, amma şəhərin mərkəzində bu sahəni qaydaya sala bilmirsən? BNA-nin yarandığı isə iki ilə yaxındır. Bu baxımdan adama ağır gəlir ki, yeni yaradılan bir qurumda bu sahədəki qaydaları hələ də bərpa etmirlər ki, qoy heç kim buna cavabdeh olmasın və pul yuyulsun. Yəqin ki, məqsəd budur. Bizim yaşayışımızı nəzərə alsaq, parklanmanın bir saatı 1 və ya 2 manat ola bilməz. Yaxud səkkiz saatı da 5 manat ola bilməz. Bu subyektiv formada müəyyənləşdirilmiş bir məbləğdir”.
Вернуться назад