Главная > gundem / arasdirma > "Caspianpay" istifadəçilərinə "atdı" - Külli miqdarda dələduzluq

"Caspianpay" istifadəçilərinə "atdı" - Külli miqdarda dələduzluq


6-03-2019, 11:04. Разместил: rovshen
"Caspianpay" istifadəçilərinə "atdı" - Külli miqdarda dələduzluq

Son vaxtlar Azərbaycanda fəaliyyət göstərən qeyri-qanuni mərc şirkətlərinin sayı çoxalıb.

Yenicag.az xəbər verir ki, bunlar arasında “90golden90.com” domeni ilə fəaliyyət göstərən və “1xBet” mərc şirkəti xüsusi fəallığı ilə seçilir.

Sözsüz ki, bu işdə onlara elektron pul kisəsi xidməti göstərən şirkətlər də yardım edir. Məhz elektron pul kisəsi xidməti göstərən şirkətlər sayəsində həmin mərc oyunlarına pul yatırmaq mümkündür.

Bunlardan biri də “Caspianpay”dır. Lakin sözügedən şirkət öz istifadəçilərinə sarsıdıcı zərbə endirib. Belə ki, “Caspianpay” istifadəçiləri artıq bir müddətdir ki öz hesablarına daxil olub, pullarını çəkə bilmirlər. Şirkətlə əlaqə saxlamaq mümkün olmur. Bu azmış kimi, “Caspianpay”ın “facebook” hesabı da bağlanıb.

Şirkətin saytı işlək vəziyyətdə olsa da, hesablara daxil olmaq mümkün deyil. Canlı dəstək bölməsində isə “Müvəqqəti narahatçılığa görə üzr istəyirik, saytda yenilənmə işləri gedir, tezliklə sayt aktiv olacaqdır, bir daha şirkət rəhbərliyi adından yaranmış narahatçılığa görə üzr istəyirik” cavabı verilir.

Hər halda normal şirkət bununla bağlı istifadəçilərinə daha öncədən məlumat verməli idi. Əgər saytda texniki işlər gedirsə, bəs, şirkətin “facebook” hesabı niyə bağlanıb?

Bu isə o deməkdir ki, “Caspianpay” istifadəçilərinə qarşı dələduzluq edərək, onlara külli miqdarda ziyan vurub.

Qeyd edək ki, sözügedən şirkətin direktoru Axundov Mehman Vaqif oğludur.
Вернуться назад