Главная > gundem / medeniyyet > Əfsanəvi Tomas Andersin Heydər Əliyev Mərkəzində konserti olacaq

Əfsanəvi Tomas Andersin Heydər Əliyev Mərkəzində konserti olacaq


5-03-2019, 15:38. Разместил: rovshen
Əfsanəvi Tomas Andersin Heydər Əliyev Mərkəzində konserti olacaq

Mayın 7-də Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçiriləcək.

Trend xəbər verir ki, "Musiqi centlmeni - Tomas Anders" ("Thomas Anders - The Gentlemen of Music") adlı konsert proqramında müğənni tamaşaçılara ən sevilən mahnılarını, ötən illərin məşhur hitlərini səsləndirəcək.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.

"You're My Heart, You're My Soul" ("Sən mənim qəlbimsən, sən mənim ruhumsan") sinqlı 81 ölkədə birinci olub. "Modern Talking" qrupu fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

"Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 40, 50, 60, 80, 100, 120, 150 və 200 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
Вернуться назад