Главная > gundem / video > Elçin Əlibəyli özünün və azyaşlı oğlunun ağzını bağlayaraq etiraz aksiyası keçirdi - VİDEO

Elçin Əlibəyli özünün və azyaşlı oğlunun ağzını bağlayaraq etiraz aksiyası keçirdi - VİDEO


4-03-2019, 10:58. Разместил: rovshen
Elçin Əlibəyli özünün və azyaşlı oğlunun ağzını bağlayaraq etiraz aksiyası keçirdi - VİDEO

Tanınmış teleaparıcı Elçin Əlibəyli İran prezidenti Həsən Ruhanininin Azərbaycan qarşı ərazi iddiaları ilə bağlı çıxışına özünəməxsus etiraz səsini ucaldıb.

Millitv.az BAKU.WS-ə istinadən xəbər verir ki, Əlibəyli özünün və azyaşlı oğlunun "İran,sus"! şüarı yazılmış yapşqanlı kağızla ağızlarını qapayaraq İran səfirliyinin qarşısında dayanıb.

O, bununla İrana biz susuruq, siz də susun mesajını verib.

Aparıcı keçirəcəyi aksiya ilə bağlı sosial şəbəkədə çağırış etsə də, ona qoşulan olmayıb.

E.Əlibəylinin səfirlik qarşısında istirahət günü aksiya etməsinin mənasız olduğunu deyənlərə belə cavab verib:

"Bəzi ağıllılar yazır ki, bu adam bilmir səfirlik bazar günü işləmir. Çox gözəl bilirəm, amma oğlum yalnız bazar günü boş olur və onu ora aparmaq daha vacib işdir. İstəyirdim o bunu indidən dərk etsin.

Qaldı rus dilində danışmağı, bizim onunla şərtimiz var ki, hər gəzintidə eyni yerləri həm türkcə, həm rusca öyrənək. Hər addımımda mənə irad bildirmək nə vərdişdir?"

Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani Tehranda 1979-cu il inqilabının 40-cı ildönümü münasibətilə keçirilən yürüşdə Azərbaycan qarşı ərazi iddiaları ilə çıxış edib. O iddia edib ki, 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra İran ölkənin şimalını (Azərbaycan Respublikasının hazırkı ərazisini nəzərdə tutur – red.) itirib. Ruhaninin bu fikirləri həm Cənubi, həm də Şimali Azərbaycanda etirazla qarşılanıb.


Вернуться назад