Главная > gundem / medeniyyet > Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulmur - MÜƏMMA

Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulmur - MÜƏMMA


7-02-2019, 16:16. Разместил: rovshen
Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulmur - MÜƏMMA

Xalq artisti Amaliya Pənahovanın dəfnindən 3 aydan çox vaxt keçməsinə baxmayaraq, onun qəbirüstü abidəsi hələ də hazırlanmayıb.

Ötən ilin noyabr ayında dünyasını dəyişən mərhum sənətkarımız "Qurd qapısı" qəbiristanlığında həyat yoldaşı, xalq artisti Yusif Muxtarovun yanında dəfn edilib.

Qəbiristanlıqda apardığımız müşahidələr göstərir ki, mərhum sənətkarın qəbir üstü abidəsi aylardır qoyulmayıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov diqqətə çatdırıb ki, qəbirüstü abidənin hazırlanması ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğuldur.

Meriyadan isə bildirilib ki, xalq artistinin qəbirüstü abidəsinin hazırlanması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində hər hansı bir məlumat yoxdur.
Amaliya Pənahovanın qəbirüstü abidəsi qoyulmur unikal
Вернуться назад