Главная > gundem / arasdirma > Azərbaycanın Cənub zonasında narkomaniya niyə daha çox yayılıb?

Azərbaycanın Cənub zonasında narkomaniya niyə daha çox yayılıb?


5-02-2019, 17:06. Разместил: rovshen
Azərbaycanın Cənub zonasında narkomaniya niyə daha çox yayılıb?\

Azərbaycanın cənub rayonlarında xüsusən gənclər arasında narkomaniyanın geniç yayılmasının əsas səbəblərindən biri bu bölgənin İranla sərhəddə yerləşməsidir. Bunu

Sonxeber.az-a Milli Məclisin Lənkərandan seçilmiş deputatı, professor Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, narkotik maddələrdən istifadə halları ilə mübarizə aparmaq lazımdır, amma sadəcə mübarizə ilə bu problemi həll etmək mümkün deyil. Millət vəkili ideologiyanın olmasının vacibliyinə diqqət çəkib: "Biz cavan dövlətik, cəmi 28 yaşımız var. Ulu öndər Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndən sonra 1999-cu ilədək daxildə qiyam və çevriliş cəhdlərinin qarşısını almaqla məşğul oldu. Bu 28 ilin də təxminən 6 ili belə getdi. Sovet İttifaqı nəyə görə gücləndi? Pioner, komsomol, partiya variydı. O vaxt gənclərlə həqiqətən də çox güclü aparat işləyirdi".

R. Quliyev narkomaniya problemi ilə mübarizədə telekanalların da üzərinə iş düşdüyünü hesab edir: "Hazırda ən böyük etirazım telekanallarla əlaqədardır. Telekanallar "Səkkiz oğul istərəm" filmini niyə göstərmirlər? O filmi Texniki Universitetdə nümayiş etdirəndə bütün zal ağlayırdı. Bu filmə baxanda adamı qiryət boğur. Vətənpərvər kinolar, tamaşalar, işlər göstərmək, bununla da insanları cəlb etmək lazımdır. İnsanları işə cəlb etmək lazımdır. Telekanalların birində müəllifi olduğum verilişdə gücüm buna çatır. Deyirəm işləyin, çalışın, qazanın Yəni insan işləyəndə o biri gic-gic əməlllərə getmir. Narkomaniya problemi işsizlikdən, bekarçılıqdan, tərbiyəsizlikdən qaynaqlanır. Mənbəyi budur".

Millət vəkili xatırladıb ki, bəzi ölkələrdə, məsələn, Malayziyada narkotik maddələrdən istifadəyə görə edam cəzası verilir: "Çində korrupsiyaya görə gülləliyirlər, asırlar. Məgər indi Çində korrupsiya yoxdur? Məgər Malayziyada narkoman yoxdur? Yəni bu cür ağır cəzalar belə, problemin qarşısını almır. Sadəcə həmin problemlərin aradan qaldırılması üçün işləmək lazımdır".

Deputat əlavə edib ki, o cümlədən insanları əməyə, mədəniyyətə, kitaba, savada cəlb etmək lazımdır: "Gəlin tələbələrdən soruşaq niyə oxumurlar. Tələbələrin əksəri oxumur. A bala niyə oxumursan? "Bolonya" sisteminin müsbət tərəfləri varsa, mənfi cəhətləri də çoxdur. Bəli biz təhsildə korrupsiya ilə mübariz aparırıq. "Bolonya" sistemi elə hala gətirib çıxarıb ki, tələbə ilə müəllim heç bir kontakta girmir. Söhbət ondan gedir ki, sovet dövründə bizim təhsil sistemimiz sovetin deyildi, "Bavar" sistemiydi, almanın sistemiydi. Biz onu təkmilləşdirdik. Biz istədik Qərb yolu, inqilabi yol ilə tez gedək, inqilabi yolun da axırı budur".
Вернуться назад