Главная > gundem / neqativhallar > Bərdədə küçəyə atılan körpələrin ANASI TAPILDI

Bərdədə küçəyə atılan körpələrin ANASI TAPILDI


4-02-2019, 12:30. Разместил: rovshen
Bərdədə küçəyə atılan körpələrin ANASI TAPILDI
Bərdə rayonunda küçədən tapılan iki az yaşlı uşağın anası tapılıb.
Millitv.Az"ın Report-a istinadən verdiyi məlumata görə, hadisədən sonra Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə əməliyyat axtarış tədbirlərinə başlayıb.

Məlum olub ki, uşaqların anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.

Bərdə rayonunda işləyən Y.Osmanova uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib:

"Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq ona görə özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi o aparan evə iş yoldaşıma verib".
Faktla bağlı araşdıma aparılır.

Qeyd edək ki, Bərdə rayonunda yolun kənarından bacı-qardaş olan 2 azyaşlı uşaq tapılıb.

Yerli sakinlərin sözlərinə görə, körpələr tapılan zaman baxımsız vəziyyətdə olublar.
Вернуться назад