Главная > gundem / ust > Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar

Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar


2-02-2019, 12:39. Разместил: rovshen
Yol polisini videoya çəkib yayanlar cəzalandırılacaqlar
Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücülər videoqeydiyyat cihazı və ya mobil telefon vasitəsilə həmin anı çəkərək sosial şəbəkələrə yüklədikləri üçün İnzibatı Xətalar Məcəlləsinin (İXM) müvafiq maddələri əsasında cəzalandırılacaqlar.

Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, sürücülər polis əməkdaşlarının saxla əmrinə qeyri-şərtsiz tabe olmalıdırlar:

“Polis əməkdaşları yalnız yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsində deyil, eyni zamanda Daxili İşlər Orqanlarının digər polis əməkdaşları kimi cinayətkarlığa qarşı mübarizə tədbirlərində də iştirak edirlər.

Təəssüf ki, bəzi sürücülər bu məqamı unudur və yol polisinin işinə çətinlik yaratmağa çalışır. Polisin “saxla” əmrinə qarşı çıxan, icazəsiz həmin an çəkiliş aparan və ya tabesizlik göstərərək əməkdaşlarımızın videosunu çəkərək sosial şəbəkələrdə paylaşan sürücülər məsuliyyətə cəlb oluna bilər. Bu səbəbdən bütün sürücülərə xəbərdarlıq edirik ki, qaydalara riayət etsinlər”.

R.Quliyev bu barədə İnzibati Xətalar Məcəlləsində yer alan məqamı da diqqətə çatdırıb:

“Müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsinin saxlamaq tələbini yerinə yetirməməsinə görə, qarşı tərəf məsuliyyətə cəlb olunmalıdır. Həmin sürücülər avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsi ilə qeydə alınan görüntüləri sosial şəbəkələrdə paylaşmaqla “qəhrəmanlıq” sərgilədiklərini düşünsələr də, bu qanunun tələblərini dəyişmir. Sürücü müvafiq qaydada sənədləri polis əməkdaşına təqdim etməli, zərurət olduğu halda polisin tələbi ilə avtomobili də tərk etməlidir”.
Вернуться назад