Главная > gundem / maraqli > "WhatsApp"da yazdığı kitaba görə mükafat aldı

"WhatsApp"da yazdığı kitaba görə mükafat aldı


2-02-2019, 11:48. Разместил: rovshen
"WhatsApp"da yazdığı kitaba görə mükafat aldı

İranlı Bəhruz Buçani Avstraliyanın ədəbiyyat üzrə ən böyük mükafatlarından birini alıb. "Victorian Prize for Literature”, adətən, avstraliyalılara verilir. Bəhruz üçün istisna ediblər.

Millitv.AZ BBC-yə istinadən xəbər verir ki, Buçaninin "Dağlardan başqa dost yoxdur: həbsxanadan qeydlər” kitabı mükafata layiq görülüb. Kitabın özəlliyi odur ki, gənc yazıçı əsəri "WhatsApp” proqramından istifadə etməklə yazıb. Münsiflər istisna hal deyəndə Bəhruzun məhz belə fədakarlığını nəzərə alıblar. Buçaniyə həm də 72 min dollar verilib.


Bəhruz İranda jurnalist fəaliyyəti ilə məşğulmuş. Təzyiqlərdən sonra Avstraliyaya qaçmaq qərarına gəlir. Sərhədi keçəndə həbs olunur. Qaçqınlar üçün nəzərdə tutulan yerdə saxlananda başına gələnləri yazmaq qərarına gəlir. Amma nəzarətçilərdən çəkindiyindən, "WhatsApp”dan istifadə edir.


Buçani mətnləri tərcüməçiyə göndərirmiş. Qaçqınların yerləşdiyi mərkəz 2017-ci ildə bağlanandan sonra ona Papua-Yeni Qvineyadakı Manus adasında sığınacaq verirlər. Bəhruz indi bu adada yaşayır. Amma hələ oranı tərk etmək hüququ yoxdur. Buna görə də mükafatı almağa özü gedə bilməyib.

Ədəbi tənqidçilər kitab haqda yalnız yüksək fikirlər yazırlar. Hesab edirlər ki, Buçani fərqli üslubdan istifadə edib.
Вернуться назад