Главная > gundem / kriminal > Azərbaycanda 500 manata görə karate müəllimini öldürdülər

Azərbaycanda 500 manata görə karate müəllimini öldürdülər


30-01-2019, 12:06. Разместил: rovshen
Azərbaycanda 500 manata görə karate müəllimini öldürdülər

Ağdaşda karate müəllimini qətlə yetirməkdə təqsirli bilinən Hüseyn İbadovun barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Ölkə.Az" bildirir ki, H. İbadov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cİnayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

ittihama görə, ötən il avqustun 9-da Ağdaş rayonu ərazisində, Qaradağlı kənd qəbiristanlığında Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib. Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-16” markalı ov tüfəngini təhvil verib. Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hüseyn İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Məlum olub ki, Hüseyn İbadov və Nizami İsmayılov arasında münaqişə pul üstündə yaşanıb. 2017-ci ilin martında Hüseyn İbadov Nizami İsmayılova 500 manat borc pul verib. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Nizami İsmayılov borcu qaytarmaq istəməyib. Hadisə baş verən gün onlar qəbiristanlığın yanında görüş təyin ediblər. Hüseyn İbadov özü ilə silah da gətirib. Onun məqsədi pulunu qaytarmadığı halda, Nizamini öldürmək olub. Görüş zamanı Hüseyn İbadov pulunu istəyərkən Nizami İsmayılov onu sərt şəkildə təhqir edib. İncik düşən Hüseyn İbadov silah dalınca gedib və geri qayıdaraq İsmayılovu güllələyib.
Вернуться назад