Главная > gundem / medeniyyet > Bakıda Rusiyanın tanınmış musiqiçiləri çıxış edəcək

Bakıda Rusiyanın tanınmış musiqiçiləri çıxış edəcək


30-01-2019, 11:26. Разместил: rovshen
Bakıda Rusiyanın tanınmış musiqiçiləri çıxış edəcək
Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzində Rusiyanın əməkdar müəllimi, P.İ.Çaykovski adına Moskva Konservatoriyasında Mərkəzi Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Mira Marçenkonun tələbələrinin konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsert Bakı Media Mərkəzinin və Təhsil Nazirliyinin dəstəyi ilə “Simurq Uşaq Musiqi Festivalı” çərçivəsində baş tutacaq.
Вернуться назад