Главная > gundem / neqativhallar > 64 yaşlı kişini avtomobil vurub

64 yaşlı kişini avtomobil vurub


29-01-2019, 00:12. Разместил: rovshen
64 yaşlı kişini avtomobil vurub

Cəlilabad rayonunda piyadavurma hadisəsi baş verib.

Millitv.Az report-a istinadən bildirir ki, rayonun 1955-ci il təvəllüdlü Uzuntəpə kənd sakini Əliyev Tahir Bulud oğlu yaşadığı ərazidə yolu keçmək istəyən zaman onu "Mercedes" markalı avtomobil vurub.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona burada ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yola salınıb.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад