Главная > gundem / dunya > Çavuşoğludan Ermənistana Qarabağ xəbərdarlığı

Çavuşoğludan Ermənistana Qarabağ xəbərdarlığı


22-01-2019, 13:27. Разместил: rovshen
Çavuşoğludan Ermənistana Qarabağ xəbərdarlığı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Dağlıq Qarabağ problemi həll edilməyənə qədər Türkiyənin Ermənistanla münasibətlərinin düzəlməsi mümkün deyil.

Millitv.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, fikirlərini Beynəlxalq Münasibətlər Düşərgəsində çıxışı zamanı deyib.

O bildirib ki, Qarabağ münaqişəsi həll olunmayana qədər Qafqazda sabitlik olmayacaq.

“2019-cu ildə bu məsələ ilə daha yaxından maraqlanacağıq”, - deyə nazir sözlərinə əlavə edib.
Вернуться назад