Главная > gundem / idman > UEFA-nın ayırdığı 622 min avro "Qarabağ"ın hesabına köçürüldü
UEFA-nın ayırdığı 622 min avro "Qarabağ"ın hesabına köçürüldü14-01-2019, 16:37. Разместил: rovshen |
Qələbə müqabilində ayrılmış vəsait "Qarabağ"ın hesabına köçürülüb. Trend-in AFFA-ya istinadən verdiyi məlumata əsasən, UEFA-nın 20.12.2018-ci il tarixli məktubuna əsasən, UEFA Avropa Liqasının 2018-19-cu il mövsümünün qrup mərhələsində 1 qələbə qazandığına görə UEFA tərəfindən “Qarabağ” futbol klubuna 570 min avro pul vəsaiti ayrılıb. Əlavə olaraq, “Qarabağ”ın qələbələrinin sayına əsasən əlavə bonuslar 52 min avro həcmində hesablanıb. Beləliklə, UEFA-dan ayrılmış ümümilikdə 622 min avro pul vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb. Вернуться назад |