Главная > gundem / iqtisadiyyat > Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək
Rəsmi Roma: TAP 2020-ci ildə istifadəyə veriləcək10-01-2019, 14:14. Разместил: rovshen |
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəməri (TAP) 2020-ci ildə istifadəyə veriləcək. Millitv.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İtaliya hökumətinin Avropa Komissiyasına təqdim etdiyi Enerji və iqlim üzrə Milli Planın layihəsində deyilir. Sənəddə deyilir: "İtaliyaya 8,8 milyard kubmetrə yaxın qaz idxal etməyə imkan verəcək və buraxılış gücünün illik 10 milyard kubmetrədək artırılması imkanına malik TAP 2020-ci ildə istifadəyə veriləcək". Qeyd edək ki, dəyəri 4,5 milyard avro olan TAP boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə gedərək İtaliyanın cənubuna çatdırılacaq. Вернуться назад |