Главная > gundem / idman > “Mançester Yunayted”i çalışdırmış məşqçiyə millimizdə iş təklif olundu

“Mançester Yunayted”i çalışdırmış məşqçiyə millimizdə iş təklif olundu


7-01-2019, 16:04. Разместил: rovshen
“Mançester Yunayted”i çalışdırmış məşqçiyə millimizdə iş təklif olundu


“Neftçi” Futbol Akademiyasının baş koordinatoru Mik Benet AFFA-ya dəvət olunub.

Oxu.Az xəbər verir ki, ingiltərəli mütəxəssisin federasiyaya çağırılması aşağı yaş qrupları üzrə yığma komandalarla əlaqədardır.

Belə ki, qurum ötən yayadək “Mançester Yunayted” Yay Futbol Məktəbinə rəhbərlik etmiş britaniyalı çalışdırıcının millilərdən birində işə başlamasında maraqlıdır. Ya U-15, ya da U-17 – seçim Benetin özündən asılıdır.

Qeyd edək ki, Mik Benet ötən ay AFFA-da Pro kateqoriyalı məşqçi lisenziyası alıb.
Вернуться назад