Главная > gundem / kriminal > Bakıda gənc oğlanı qonşusu bıçaqladı
Bakıda gənc oğlanı qonşusu bıçaqladı4-01-2019, 12:08. Разместил: rovshen |
Bakıda bıçaqlanma hadisəsi baş verib. Trend xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Aşıq Qurban küçəsində qeydə alınıb. 1994-cü il təvəllüdlü Elməddin Taleh oğlu Əliyev yanvarın 3-də gecə saat 23:50-də yaşadığı A.Qurban küçəsi, 25 saylı evin qarşısında qonşusu, 1993-cü il təvəllüdlü İntiqam İkram oğlu Mustafayev tərəfindən bıçaqlanıb. Hadisəni törədən İ.Mustafayev könüllü olaraq polisə təslim olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. Вернуться назад |