Главная > gundem / kriminal > Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb


3-01-2019, 10:30. Разместил: rovshen
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

2019-cu il yanvar ayının 2-dən 3-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 91 cinayət faktı qeydə alınmış, onların da 13-u “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılmışdır.
Вернуться назад