Главная > gundem / video > Sahil Babayevin işçisi vətəndaşın torpağını zəbt edib - ÖZÜNƏ OBYEKT TİKDİRİR

Sahil Babayevin işçisi vətəndaşın torpağını zəbt edib - ÖZÜNƏ OBYEKT TİKDİRİR


18-12-2018, 12:01. Разместил: rovshen
Sahil Babayevin işçisi vətəndaşın torpağını zəbt edib - ÖZÜNƏ OBYEKT TİKDİRİR
Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Xocalı sakinin həyatyanı sahəsini zəbt edib.

Bu barədə Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın Kamil Mehdixan Gununsesi.org-a ünvanladığı şikayətində bildirib. Vətəndaş qeyd edib ki, Aşağı Ağcakənd qəsəbəsində 2002-ci ildən məskunlaşıblar: “Bizə dövlət tərəfindən verilmiş həyatyanı torpaq sahəsi Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov tərəfindən zəbt edilib. Aidiyyatı qurumlara müraciətimiz isə səmərə vermir. Həmin adam bizim torpaqda iki mərtəbəli ticarət obyekti tikir. Bu özbaşınalıqla bağlı Xocali rayon icra hakimiyyəti Başçısına və rayonun prokurorluğuna yazılı müraciətlər etsəm də heç bir tədbir görülməyib. Ona görə də media vasitəsi ilə nazir Sahil Babayevə müraciət edirəm”.

Vətəndaşın video müraciətini də təqdim edirik:


Gununsesi.org
Вернуться назад