Главная > gundem / video > Kişilərdən sürücü xanımlara İRAD: "Telefonla çox oynamasınlar, bizi ləngidirlər" - VİDEO - FOTO

Kişilərdən sürücü xanımlara İRAD: "Telefonla çox oynamasınlar, bizi ləngidirlər" - VİDEO - FOTO


30-11-2018, 17:22. Разместил: rovshen
Kişilərdən sürücü xanımlara İRAD: "Telefonla çox oynamasınlar, bizi ləngidirlər" - VİDEO - FOTO

Yollarda qadın sürücü görmək, artıq heç kəsi təəccübləndirmir. Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qadınlar kişilərlə bərabərhüquqlu şəkildə avtomobil idarə edirlər.

Millitv.az ARB TV-yə istinadən xəbər verir ki, zərif cinsin nümayəndələri sükan arxasında əvvəlki illərlə müqayisədə indi daha rahat qəbul edildiklərini deyirlər.

Xanım sürücü: "Hal-hazırda çox rahat idarə edirəm. 6, 7ildir ki, sürürəm və indiyədək ətrafdan heç bir narahatçılıq, heç bir narazıçılıq yoxdur".

Xanım sürücü: "Mən Avropada da maşın sürmüşəm. Şahid olduğuma görə Azərbaycan kişiləri qadın sürücülərə hər zaman hörmət edirlər, yol verirlər".

Hətta sürücülük işinə xanımları dəvət edən şirkətlərə də rast gəlmək olur. Kişilər isə qadın sürücülərinin bəzilərinin səriştəsizliyindən gileylənirlər.

Kişi sürücü: "Demək olar ki, qayda ilə sürmürlər. Lakin sürməklərinə pis baxmıram. Niyə də yox?!"

Kişi sürücü: "Dönmə əməliyyatlarını düzgün yerinə yetirmirlər. Yolda dayanıb telefonla oynayırlar. Yaxşıları da var, lakin istəyərdim ki, hamısı yaxşı olsun. Telefonla çox oynamasınlar, bizi də ləngitməsinlər".

Mütəxəssislər deyirlər ki, qadın sürücülərin sayının artmasına baxmayaraq, hələ də onları rahat həzm edə bilmirik. Yollarda xanım sürücülərə çətinlik yaradan kişilər də var.

Sahil Quliyev - ekspert: "Bir neçə problem var. Cəmiyyətimiz hələ də qadın sürücüləri qəbul edə bilmir. Başqa məsələ isə yollarda digər sürücülərin onlara qarşı aqressiv münasibətidir".

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyir ki, münasibətdə sürücünün qadın və ya kişi olaraq ayrılması yolverilməzdir: "Sükan arxasında onlar nə qadın, nə kişi, yalnız sürücü qismində olurlar. Sürücü qismində olan hər kəs kişi və ya qadın olduğunu unutmalı, tələblərə uyğun hərəkət etməyə üstünlük verməlidirlər. Bunu ən azı öz təhlükəsizliyi üçün etməlidirlər".

Hazırda ölkədə bir milyon dörd yüz min sürücü var ki, onlardan da qırx minə yaxını qadınlardır.





Вернуться назад