Главная > gundem / iqtisadiyyat / dunya > Səudiyyə Ərəbistanı neft hasilatında yeni rekord əldə edib

Səudiyyə Ərəbistanı neft hasilatında yeni rekord əldə edib


26-11-2018, 16:08. Разместил: rovshen
Səudiyyə Ərəbistanı neft hasilatında yeni rekord əldə edib

Səudiyyə Ərəbistanında neft hasilatı yeni rekord həddə çatıb. Krallıq sutkada 11,2 milyon barel neft istehsal edir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyinə istinadən yazıb.

Səudiyyə Ərəbistanında oktyabr ayında hasilat sutkada 10,8-10,9 milyon barel olub.

Agentlik məlumat verir ki, oktyabrda Səudiyyə Ərəbistanının istehsalı ABŞ sanksiyalarına görə İrandan neft tədarükünü kəsməyə hazırlaşan istehlakçıların yüksək tələblərinə cavab olaraq artıb.

Daha əvvəl Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih bildirib ki, ölkə dekabr ayında tələbatın aşağı olmasına görə sutkada noyabr ayındakından 500 min barel az istehsal edəcək.
Вернуться назад