Главная > gundem / dunya > ABŞ-dan Rusiyaya gözdağı: Bu raket yenə sınaqdan keçirildi

ABŞ-dan Rusiyaya gözdağı: Bu raket yenə sınaqdan keçirildi


8-11-2018, 19:40. Разместил: rovshen
ABŞ-dan Rusiyaya gözdağı: Bu raket yenə sınaqdan keçirildi

ABŞ Hərbi Hava Qüvvələri növbəti dəfə "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib.

Millitv.Az Axar.az-a istinadən xəbər verir ki, sınaq Kaliforniyadakı Vandenberq bazasında baş tutub. Sınağın uğurla baş tutduğu bildirilib.

Qeyd edək ki, "Minuteman III" raketi ABŞ-ın silahlanmasında olan yeganə yerüstü qitələrarası raketdir. Bu raketin ABŞ ordusunda sayı 450 ədəddir. "Minuteman III" 12 min kilometr məsafədəki hədəfləri məhv etmək gücündədir.
Вернуться назад