Главная > gundem / manset > "Bakmil"də təmir işləri yekunlaşmaq üzrədir
"Bakmil"də təmir işləri yekunlaşmaq üzrədir8-11-2018, 17:38. Разместил: rovshen |
Bakı metropoliteninin "Bakmil" stansiyasında təmir işləri yekunlaşmaq üzrədir. Millitv.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin istismar üzrə baş mühəndisi Əlixan Osmanov deyib. Ə.Osmanovun sözlərinə görə, hazırda stansiyada son tamamlanma işləri gedir: "Bu ayın sonuna qədər stansiyada bütün təmir işləri yekunlaşacaq. Dekabrın 1-dən stansiya təmirdən sonra istifadəyə veriləcək" Вернуться назад |