Главная > gundem / idman > "Barselona"da ciddi itki: 2-3 həftə oynamayacaq

"Barselona"da ciddi itki: 2-3 həftə oynamayacaq


8-11-2018, 17:14. Разместил: rovshen
"Barselona"da ciddi itki: 2-3 həftə oynamayacaq

"Barselona"nın futbolçusu Filip Koutinyo 2-3 həftə yaşıl meydanlardan uzaq qala bilər.

Millitv.Az qol.az-a istinadən xəbər verir ki, srağagün Çempionlar Liqasının 4-cü turunda "İnter"lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayan və daha sonra müayinə olunan brazilyalı ulduzun əzələsində yırtıq aşkarlandığı bildirilir.

26 yaşlı futbolçunun durumu haqda yaxın günlərdə rəsmi məlumat verilməsi gözlənilir.

Qeyd edək ki, F. Koutinyo bu mövsüm Kataloniya klubu ilə ümumilikdə çıxdığı 16 oyunda 5 qol vurub, 4 qol ötürməsi edib.
Вернуться назад