Главная > gundem / idman > Rafael Ağayev dünya çempionatına qələbə ilə başladı
Rafael Ağayev dünya çempionatına qələbə ilə başladı7-11-2018, 19:24. Разместил: rovshen |
İspaniyanın paytaxtı Madriddə karate üzrə 24-cü dünya çempionatı davam edir. Millitv.az AZƏRTAC-a istinadən bildirir ki, yarışın ilk günündə beşqat dünya çempionu Rafael Ağayev tatami üzərinə çıxıb. O, Qvatemala idmançısı Allan Maldonado ilə görüşüb. Döyüş R.Ağayevin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Karateçimiz növbəti mərhələdə argentinalı Xulio İçiki ilə qarşılaşacaq. Qeyd edək ki, fərdi yarışların ikinci günündə daha 6 karateçimiz tatamiyə çıxacaq. Вернуться назад |