Главная > gundem / iqtisadiyyat > Azərbaycanda ötən ay 4 mindən çox vətəndaş evinə işıq çəkdirmək istəyib

Azərbaycanda ötən ay 4 mindən çox vətəndaş evinə işıq çəkdirmək istəyib


7-11-2018, 11:27. Разместил: rovshen
Azərbaycanda ötən ay 4 mindən çox vətəndaş evinə işıq çəkdirmək istəyib

Bu ilin oktyabr ayında “ASAN xidmət” vasitəsilə “Azərişıq” ASC-yə 26 minə yaxın müraciət daxil olub.

Bu barədə “Report”a "Azərişığ"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, o cümlədən ötən ay evinə və yaxud həyətinə işıq çəkdirmək istəyənlərin sayı 4 159 olub.

“Azərişığ”ın “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlər üzrə əvvəlki aylarla müqayisədə oktyabr ayında edilən müraciətlərin sayında artım müşahidə olunub. Belə ki, oktyabr ayında "Azərişığ”ın göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 375 sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 159 vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 291 sahibkar “ASAN xidmət” mərkəzlərinə üz tutub. Nəticədə oktyabr ayında digər 10 xidmət də daxil olmaqla 13 xidmət üzrə (əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, borcun araşdırılıb sənədin verilməsi, əhali istehlakçısının ad dəyişdirilməsi, qeyri-əhali qrupuna aid abonentlərə üzləşmə aktlarının verilməsi, qeyri-əhali istehlakçısının ad dəyişdirilməsi, smart kartların bərpası və yenisinin verilməsi, abonentin geniş tarixçəsinin verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, smart karta ödənişin yüklənməsi və nəhayət, məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu, yük hesabatının hazırlanması və ya elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin verilməsi, istehlakçının balansında olan elektrik şəbəkələrinə, onların avadanlıqlarına texniki xidmətin göstərilməsi) “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə 26 minə yaxın müraciət daxil olub. Sənədlərdə uyğunsuzluq və bu kimi hallar istisna olmaqla müraciətlərin əksəriyyəti icra edilib”, - T.Mustafayev qeyd edib.
Вернуться назад