Главная > gundem / dunya > Fransanı ayağa qaldıran GÖRÜNTÜLƏR

Fransanı ayağa qaldıran GÖRÜNTÜLƏR


6-11-2018, 11:48. Разместил: rovshen
Fransanı ayağa qaldıran GÖRÜNTÜLƏR

Fransada bir ət və ət məhsulları istehsal edən şirkətdə qeydə alınan görüntülər bir neçə gündür ölkə gündəmini zəbt edib. AzEuroNews.comxəbər verir ki, şirkətin heyvan kəsim şöbəsinə yerləşdişdirilən gizli kameralar dəhşətli görüntülər qeydə alıb.

Aydın şəkildə görünür ki, qəssablar heyvanları işgəncə verərək öldürür, tək ayağından asaraq saatlarla gözləyirlər. Eyni zamanda “elektroşok” verib dərhal heyvanı kəsməli olduqları halda öldürüb, saatlarla gözləyib, daha sonra kəsiblər.

Heyvanları bir-birilərinin gözü qarşısında işgəncə ilə öldürmələri hiddət doğurub.

Görünütlərin ortaya çıxmasından sonra Fransada fəaliyyət göstərən “L214” adlı heyvanların hüquqlarını qoruyan vəqf ölkənin hüquq-mühafizə orqanlarına və Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib.

Nəticədə hər il 17 min heyvanın kəsildiyi və 17 nəfərin çalışdığı şirkətin fəaliyyətinə xitam verilib.


Вернуться назад