Главная > gundem / kriminal > Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb
Ötən gün axtarışda olan 35 nəfər saxlanılıb6-11-2018, 11:14. Разместил: rovshen |
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün 105 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb. Вернуться назад |