Главная > gundem / iqtisadiyyat > Azərbaycan meyvə-tərəvəz ixracını xeyli artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını xeyli artırıb


1-11-2018, 10:39. Разместил: rovshen
Azərbaycan meyvə-tərəvəz ixracını xeyli artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını xeyli artırıb.

Trend-in məlumatına görə, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, Azərbaycanda həyata keçirilən genişmiqyaslı aqrar islahatlar hesabına kənd təsərrüfatında artım tempi dayanıqlığı ilə seçilir: "2003-2017-ci illərdə kənd təsərrüfatı məhsulları istehsalının real artımı ümumilikdə 166,4 faiz, o cümlədən bitkiçilik sahəsində 156,7 faiz, heyvandarlıq sahəsində isə 177,8 faiz təşkil edib. Dünya Bankının məlumatlarına əsasən, bu illər ərzində Azərbaycanda kənd təsərrüfatı sahəsinin real artımı dünya üzrə orta göstəricidən, habelə region ölkələrinin müvafiq göstəricisindən yuxarı olub".

Nazir bildirib ki, kənd təsərrüfatı sahəsində dinamik inkişaf trendi cari ildə də davam edib, ilk 9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 5,8 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,7 faiz artıb. İntensiv ferma modelinin tətbiqinin genişləndirilməsi nəticəsində son illərdə heyvandarlıq sahəsində artım əsasən intensiv inkişaf hesabına təmin edilib.

İ.Kərimov vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üzrə müqayisəli üstünlüklərin daha da artması hesabına onların ixracında yüksək dinamikaya nail olunub: "Son 15 ildə kənd təsərrüfatı məhsullarının ixrac həcmi 6,3 dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə, cari ilin səkkiz ayında isə tərəvəz ixracı 8,4 faiz, meyvə ixracı 32,5 faiz və pambıq xammalı ixracı 2,2 dəfə artıb".
Вернуться назад