Главная > gundem / sou > Fədayə Laçının məhkəməsində QALMAQAL

Fədayə Laçının məhkəməsində QALMAQAL


29-10-2018, 11:24. Разместил: rovshen
Fədayə Laçının məhkəməsində QALMAQAL
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin bir neçəsinin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub.
Hakim həmin vəkillərə xəbərdarlıq edib. Bildirib ki, həmin şəxslərlə bağlı Vəkillər Kollegiyasına müraciət olunacaq.
Məhkəmə prosesi oktyabrın 31-dək təxirə salınıb.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.
Вернуться назад