Главная > gundem / neqativhallar > Bakıda daha bir avtobus qəzası: ölən var

Bakıda daha bir avtobus qəzası: ölən var


20-10-2018, 12:30. Разместил: rovshen
Bakıda daha bir avtobus qəzası: ölən var

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunun "Meyvəli" bazarının qarşısından keçən hissəsində 1962-ci il təvəllüdü Ağayev Fərhad Əliqulu oğlu yolu keçməyə çalışan piyadanı vurub.

Ağır xəsarət alan piyada, 1986-cı il təvəllüdlü Süleyman Nəbiyev hadisə yerində ölüb. Məlumata görə, hadisəni törədən avtobus İ-Qafqaz MMC şirkətinə məxsusdur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Вернуться назад