Главная > gundem / neqativhallar > Almaniyadan oğurlanan maşın Azərbaycanda saxlanıldı
Almaniyadan oğurlanan maşın Azərbaycanda saxlanıldı13-10-2018, 18:02. Разместил: rovshen |
Azərbaycan gömrükçüləri ölkə ərazisinə Almaniyadan oğurlanaraq gətirilmiş avtomobilin aşkara çıxarılmasını təmin edib. DGK-dan Axar.az-a verilən məlumata görə, Komitənin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Azərbaycan vətəndaşı Nəzərov Babək Sərvər oğluna məxsus "Mersedes-Benz E 220" markalı avtomobil saxlanılıb. 2018-ci il buraxılışlı, WDD2130041A514487 şassi nömrəli, MDS 5062 qeydiyyat nişanlı həmin avtomobilin sənədlərinə gömrük baxışı zamanı sənədlərin həqiqiliyi şübhə doğurub. Araşdırma aparılarkən məlum olub ki, "Mersedes-Benz E 220" markalı avtomobil Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən "Sixt Gmbh & Co" kirayə şirkətinə məxsusdur. Faktla bağlı araşdırma aparılır. Вернуться назад |