Главная > gundem / siyaset > Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri hərbi hissəni ziyarət ediblər13-10-2018, 17:50. Разместил: rovshen |
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin hərbi hissəyə tanışlıq səfəri təşkil olunub Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində 15 dövləti təmsil edən hərbi attaşelik aparatlarının 22 nümayəndəsinə hərbi hissə haqqında brifinq verilib. Sonra onlar burada şəxsi heyət üçün yaradılan şərait və hərbi hissənin silahlanmasında olan döyüş texnikası ilə tanış olublar. Qonaqlar ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Вернуться назад |