Главная > sosial > Kanalizasiya suları dənizə axıdılır — Ərazidə ürəkbulandırıcı mənzərə yaranıb + VİDEO

Kanalizasiya suları dənizə axıdılır — Ərazidə ürəkbulandırıcı mənzərə yaranıb + VİDEO


11-10-2018, 10:50. Разместил: rovshen
Kanalizasiya suları dənizə axıdılır — Ərazidə ürəkbulandırıcı mənzərə yaranıb + VİDEO















Kanalizasiya suları dənizə axıdıldığından və məişət tullantıları bura atıldığından ərazidə ürəkbulandıran mənzərə yaranıb.
"Ölkə.Az" xəzər tv-yə istinadla xəbər verir ki, bura Xətai rayonu, Naximov küçəsi ''Dəniz Massivi'' kimi adlandırılan ərazidir. Sakinlər deyirlər ki, bu mənzərə illərdir davam edir.

Xətai rayonu İcra Hakimiyyəti də məsələdən xəbərdardır. Qurumun şöbə müdiri Pənah İmanov deyir ki, sözügedən ünvanda vəziyyət əvvəllər daha da acınacaqlı olub. Ancaq bu yaxınlarda həmin ərazidə müəyyən işlər görülüb.

Məsələ ilə bağlı Azərsu ASC-dən bildirildi ki, ''Dəniz Massivi''ndəki evlərin çoxu son dövrlər tikilib. Həmin ərazi vaxtilə dənizin ərazisi olub və sonradan insanlar tərəfindən qurudulub. Qurumun həmin ərazidə heç bir kanalizasiya sistemi yoxdur. Həmin kanalizasiya suları ev sahibləri tərəfindən çəkilən borular vasitəsilə dənizə axıdılır. Azərsu-dan o da bildirildi ki, qurumun Zığ qəsəbəsinin yuxarı hissəsində nasos stansiyası var. Zığın əsas hissəsinin kanalizasiya suları həmin stansiyada toplanır. Amma bu yeni massivlər səviyyəcə aşağı olduğundan onların kanalizasiya sularının mərkəzləşmiş nasosxanaya getməsi mümkün deyil.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, həmin əraziya nazirlik əməkdaşları tərəfindən baxış keçiriləcək və lazımi tədbirlər görüləcək.


Вернуться назад