Главная > gundem / arasdirma > Zərdabda başçı dəyişikliyi gözlənilir... - İDDİA

Zərdabda başçı dəyişikliyi gözlənilir... - İDDİA


10-10-2018, 11:45. Разместил: rovshen
Zərdabda başçı dəyişikliyi gözlənilir... - İDDİA

Zərdabda başçı dəyişikliyi gözlənilir. Bu barədə DİA.AZ-a rayondakı mənbələr məlumat verib.

Xəbəri verən qaynaq iddia edir ki, artıq hazırda rayona rəhbərlik edən Lütvəli Babayev yır-yığış ovqatındadır.

Qeyd edək ki, buna qədər Mingəçevirdə icra başçısı postu tutan Lütvəli Babayevin bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin adamı olduğu da iddia olunur.

Rayondakı qaynaqlar dia.az-a verdikləri məlumatlarında rayona təyin olunacaq yeni başçının kim ola biləcəyindən də danışıblar. Bildirilir ki, hazırda Zərdab RİH-də başçının müavini postunu tutan şəxslərdən biri belə bir iddiadadır: "Onun buna nail ola biləcəyi isə təbii ki, "yuxarıların" qərarından asılıdır". DİA.AZ
Вернуться назад