Главная > gundem / ust > Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi


5-10-2018, 11:45. Разместил: rovshen
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

Millitv.Az report-a istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.
Вернуться назад