Главная > gundem / neqativhallar > Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var

Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var


3-10-2018, 18:00. Разместил: rovshen
Göygöldə ağır yol qəzası olub, xəsarət alanlar var

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millitv.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ 2121" (Niva) markalı minik avtomobillərinin toqquşması nəticəsində Hacıməlik kənd sakinləri - 1948-ci il təvəllüdlü Allahverdiyeva Zülfinaz, 1979-cu il təvəllüdlü Allahverdiyeva Aygün və 1956-cı il təvəllüdlü Ağayeva Nailə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
Вернуться назад