Главная > gundem / sou > “Heç bir yerim süni deyil, məndən yaxşısı var?..” - Elza

“Heç bir yerim süni deyil, məndən yaxşısı var?..” - Elza


22-09-2018, 11:30. Разместил: rovshen
“Heç bir yerim süni deyil, məndən yaxşısı var?..” - Elza

Əməkdar artist Elza Seyidcahan dünya ulduzu Ledi Qaqa barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “Stop” verilişində bildirib ki, Ledi Qaqa varlığı ilə ona dəstək olub: “Elza Seyidcahan 1996-cı ildə, Ledi Qaqa isə 2016-da üzə çıxdı. O, sənətə gəlməyi ilə məni təsdiq etdi. Əslində o mənim sipərim oldu.

Bəziləri hələ də açıq-aşkar məni təkrarlayır. Amma özlərini elə aparırlar ki, guya təkrarlamırlar. İndi özünü mənə oxşadanlar çoxdur. Onu sizlər də görürsünüz”.

Elza Seyidcahan özünü kiməsə oxşatmadığını vurğulayıb: “İnsanlar var ki, başqaları kimi ola bilirlər. Amma mən necə varamsa, eləyəm. Allaha çox şükür, məndən yoxdur. Başqaları mənim kimi olmaq istəyir. Niyə mən başqa birinə bənzəyim ki? Məndən yaxşısı var ki? Heç bir yerim süni deyil. Doğuluşdan necə varamsa, eləyəm".
Вернуться назад