Главная > gundem / idman > "Qarabağ" "Şerif"ə qarşı - YENİLƏNİR
"Qarabağ" "Şerif"ə qarşı - YENİLƏNİR30-08-2018, 06:58. Разместил: rovshen |
Bu gün Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan komandalar bəlli olacaq. Millitv.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ"da pley-offda cavab matçında çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Moldovanın "Şerif" klubunu qəbul edəcək. Tiraspolda keçirilən ilk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Ağdam təmsilçisi mərhələni keçmək üçün mütləq sərfəli hesabla qalib gəlib gəlməlidir. Xatırladaq ki, "Qarabağ" ardıcıl 3 dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb. Ötən mövsüm isə təmsilçimiz Azərbaycan futbolu tarixində ilkə imza ataraq Çempionlar Liqasının qrupunda oynayıb. 30 avqust Avropa Liqası Pley-off mərhələsi 21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova) İlk oyun - 0:1 Hakimlər: Aleksandır Stavrev, Maryan Kirovski, Deyan Kostadinov, Dimitar Meçkarovski (Makedoniya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu Вернуться назад |